10 mart 2022-ci il
10 mart 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzinin “Vokal musiqi axşamları” layihəsi çərçivəsində Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova və tanınmış pianoçu, Beynəlxalq müsabiqələr laureatı, BMA-nın "Kamera ansamblı" kafedrasının müəllimi Səidə Tağızadənin olduqca maraqlı konserti keçirildi.
Zəngin repertuara malik konsert proqramında Françesko Çileanın “Adriana Lekuvrer” operasından Adriananın ariyasını, Cakomo Puççininin “Qaranquş” operasından Maqdanın ariyasını, Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin ariyasını, Tofiq Kuliyevin “Bakının mahnısı”, “Lirik mahnı”, eləcə də Frederik Şopenin “İnqilabi etüd”, Frans Şubertin “Serenadası” və s. əsərləri tamaşaçılara təqdim edildi
Qeyd edək ki, Bakı ictimaiyyətinin böyük marağına səbəb olan konsertin biletlərinin satışından əldə olunan gəlir YAŞAT Fonduna köçürüləcəkdir.
Tamaşaçılara xoş təəssüratlar bəxş edən konsert gurultulu alqışlarla başa çatdı.