• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 mart 2022-ci il

    9 mart 2022-ci il tarixində Kamera və Orqan Musiqi zalında Klavesin musiqi axşamı keçirildi.

    Konsertdə solist Xurşid Abdullayeva ilə yanaşı, istedadlı musiqiçilər Nemət Tanrıverdiyev (trombon), Məmməd Rəcəbli (klarnet), Nigar Məmmədova (orqan) öz ifaları ilə dinləyicilərdə xoş təəssüratlar yaratdılar.

    Tədbirdə Alfred Şnitkenin klavesin və trombon üçün "Qədim üslubda suita", Rüfət Ramazanovun klavesin üçün "On iki miniatür",  İlham Azmanlının klavesin, klarnet, orqan üçün "Vaxiana-Vakuana" əsərləri səsləndirildi.

    Klavesin musiqi axşamı tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.