10 mart 2022-ci il
10 mart 2022-ci il tarixində Kamera və Orqan Musiqi zalında 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Qadınlar musiqidə" adlı kamera konserti keçirildi.
Tədbirdə Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova ön sözlə çıxış edərək, qadınları bayram münasibətilə təbrik etdi və Azərbaycan qadınlarının bütün sahələrdə olduğu kimi musiqi sənətində də böyük rolu olduğunu vurğuladı.
Sonra söz musiqiyə verildi.
Tədbirdə tanınmış qadın bəstəkarları Ruhəngiz Qasımova, Nərgiz Şəfiyeva, Mehriban Əhmədova, Pikə Axundova, Rəna Qədimova, Sevda İbrahimova, Nərminə Nağıyeva, Adilə Yusifova, Elza Seyidcahanın əsərləri səsləndirildi.
Xüsusi qeyd etmək istərdik ki, bayram abu-havalı konsert proqramında Bakı Musiqi Akademiyasının parlaq simaları olan BMA-nın elmi- tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, professor, fəlsəfə elmləri doktoru, Əməkdar İncsənət Xadimi Gülnaz Abdullazadənin "Könlüm sitəminlə canə yetdi", "Cığırlar", "Sən olmasan" və professor, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qızıl Qələm media mükafatı laureatı, Əməkdar incəsənət xadimi
Elnarə Dadaşovanın "Süsən sünbül", "Səda", "Muğamsayağı" əsərləri də səsləndirilmişdir.
Konsert iştirakçıları Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Anar Şuşalı, İlham Nəzərov, Beynəlxalq müsabiqə laureatları Fəqan Həsənli, Zərif Kərimova, Əminə Zülfüqarova, Nərgiz Əliyeva, Şəfəq Abdullayeva, Leyla Dadaşova, Fəridə Əhmədbəyova, Arzu Səfərova, Zərrin Əliyeva, Məhəmmədəli Paşazadə, Elnur Cəfərov parlaq ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.
Qadınlar gününə həsr olunan konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.