7 mart 2022-ci il
7 mart 2022-ci il tarixində Bakıdakı Rus Evi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə toplaşan tamaşaçılara Beynəlxalq Qadınlar Gününə həsr olunmuş gözəl konsert proqramı təqdim etdi.
Bayram gecəsinin aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina idi. Tədbirdə həmçinin BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, konsertmeyster Fəqan Həsənli, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, BMA-nın tələbələri İlqarə Talıbova, Firuzə Bəyyarova, Cəmalə Abdinzadə, Əzizə Ağazadə, Nailə Xasıyeva, Ruslan Persan, Gülzar Hüseynova, Nigar Hüseynzadə, BMA-nın Məktəb-studiyanın şagirdləri İsa Kələntərov və Teymur Kazımov, həmçinin Anastasiya Primak, Elmira Dadaşova və İsgəndar Dadaşov iştirak etmişlər.
Bakı tamaşaçıları konsert iştirakçılarının çıxışlarını mehribanlıqla qarşıladılar.
Təntənəli gecədə Azərbaycan Milli Məclisinin deputatı, İqtisad elmləri doktoru, professor Rüfət Quliyev, Rusiyanın Azərbaycandakı səfirliyinin, bir sıra ölkələrin diplomatik korpusunun, biznes strukturlarının nümayəndələri, Azərbaycanın mədəniyyət və ictimai xadimləri iştirak ediblər.
Konsert proqramının sonunda Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov bütün iştirakçılara Rossotrudniçestvonun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşəkkürnamələrini və diplomlarını təqdim etdi.