• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 mart 2022-ci il

    5 mart 2021-ci il tarixində  Heydər Əliyev Mərkəzində baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında  Bakı Kamera Orkestri ilə  birlikdə dünya şöhrətli skripkaçı Qidon Kremerin konserti keçirilmişdir. 

    Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundovadır.  Qeyd edək ki, konsert Maestro Q.Kremerin 75 illik yubileyinə həsr olunmuş və ifaçının dünya turnesi çərçivəsində keçirilmişdir.

    Tədbirdə yerli ifaçılarla yanaşı latviyalı skripka ifaçısı, Beynəlxalq müsabiqələr laureatı Madara Peterson da iştirak edib.

    Tədbir zamanı Bakı səhnəsində Frans Şubert, Feliks Mendelson, Benjamin Britten, Qiya Kançelin və Xəyyam Mirzəzadə kimi tanınmış bəstəkarların müasir skripka musiqisi səsləndirildi.

    Konsert böyük tamaşaçı kütləsi tərəfindən maraqla qarşılanaraq,gur alqış sədaları altında başa çatdı.