• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 fevral 2022-ci il

    15 fevral 2022-ci il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Zalında (Kirxa) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunan Orqan və Kamera Musiqi  konserti keçirildi. 

    Konsertdə bədii rəhbər və dirijor Üzeyir Məmmədovun rəhbərliyi altında orqanda Nigar Məmmədovanın müşayiətilə Bakıda ilk dəfə V.A.Mosartın kilsə sonataları, həmçinin solo orqanda İ.S Baxın "Tokkata və fuga" d moll, Xoral d moll, Xoral Es dur, F.Mendelsonun Sonata N.3, Gordon Youngun klassik üslubunda prelüdiya, Hans Andre Stammın "Rondo alla Latina", Simurq orkestrinin ifasında aranjimanı Üzeyir Məmmədova aid olan Ü.Hacıbəyovun "Arazbarı", Q.Qarayevin "Yeddi gözəl" baletindən "Gözəllər gözəli" və  Tahirə Yaqubovanın işləməsində Himn ifa olundu.

    Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.