• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 yanvar 2022-ci il

    Azər Dadaşovun 75 illiyinə həsr olunmuş konsertdə məktəb-studiyanın üç məzunu çıxış etdi

     Zəmanəmizin görkəmli bəstəkarı, Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Azər Dadaşov dahi bəstəkar, geniş tələbə nəsli yetişdirən böyük pedaqoq Qara Qarayevin tələbəsi olmuşdur. A.Dadaşovun musiqisinə geniş rəngarəng xarakter və çoxşaxəli janr dairəsi xasdır. O, 15 simfoniya, müxtəlif səpkili simfonik, vokal-simfonik, musiqili-səhnə əsərləri, 20-dən çox filmə yazılmış musiqi, kamera-instrumental və kamera-vokal, fortepiano və müxtəlif alətlər, o cümlədən xalq çalğı alətləri orkestri üçün çoxsaylı əsərlərin müəllifidir. Bəstəkarın musiqisi dünyanın bir sıra nüfuzlu orkestrləri tərəfindən ifa olunur. Xarakter cəhətindən burada qəmli, şən, ciddi, zarafatyana, lirik, patriotik mövzular var. Onun yaradıcılığında həm də ən Ali olan Allaha, Rəbbimizə müraciəti görürük. Həzin mahnıvari incə melodiya, rəngarəng harmoniya, bəstəkarın zəngin daxili dünyasının əksidir.

    Azər Dadaşovun 75 illik yubileyi ilə bağlı artıq silsilə təbdirlər keçirilmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Bəstəkarlar İttifaqında təşkil olunan konsertlərdə bəstəkarın kamera-instrumental, vokal və xor əsərləri təqdim edilmişdir.

    Bakı Musiqi Akademiyasında keçirilən tədbirdə Azər Dadaşovun yeni nəşr olunmuş Fortepiano üçün “Lirik pyeslər” silsiləsi təqdimatı keçirilmişdir. Silsilədən pyeslər səsləndirilmiş, həm də onların nəzəri təhlili verilmişdir. Qeyd edək ki, BMA-nın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda A.Dadaşovun “Lirik pyeslər” silsiləsinin obrazlı-emosional məzmunu və ifaçılıq təhlili mövzusunda BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova çıxış etmişdir. Bəstəkarın fortepiano pyeslərini hərtərəfli əhatə edən həmin məqalə bu yaxınlarda “Musiqi dünyası” jurnalında dərc olunacaq.

    Bakı Musiqi Akademiyasında Violin və fortepiano üçün «Adagietto və skertsino», Çello və fortepiano üçün «Xocalı ağrısı», «Şükürlər olsun sənə» Ariya-dua (sözləri A.Dadaşovundur), «Kim Allahı sevər» - Qəsidə (sözləri Məhəmməd Füzulinindir), Fortepiano üçün prelüd və fuqa, «Yuxu» filmindən «Gilavar» mahnısı, Fortepiano üçün «Lirik pyeslər» silsiləsindən «Həmd-səna», «Nur içində», «Əzizinəm», «Kadensiya», «Zəriflik», «Gilavar», «Sevgi ilə» ifa olunmuşdur. Onu da vurğulayaq ki, «Nur içində» pyesi Nuranə Zeynalovaya, «Zəriflik» isə Ülviyyə Kazımovaya həsr olunub.

    Bəstəkarlar İttifaqında baş tutan tədbirdə isə A.Dadaşovun «And yerimiz», «Qızıl dan», «Qarabağ bayatıları», «Ana torpaq», «Səninləyəm», «Ayrılarmı könül candan», «Bir millət, iki dövlət», Fortepiano üçün prelüd və fuqa, Violonçel və fortepiano üçün «Xocalı ağrısı», solo qoboy üçün «Cıdır düzü», «Gilavar» və s. əsərləri səsləndirilmişdir.

    Azər Dadaşovun 75 illik və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində pianoçuların «Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı» V Beynəlxalq müsabiqəsi keçirilmişdir. Bəstəkarın yaradıcılığına həsr olunmuş bu ənənəvi müsabiqə 2010-cu ildən keçirilir. Bu il müsabiqədə dünyanın altı ölkəsindən – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və İran İslam Respublikasının nümayəndələri iştirak etmişdir. Maraqlıdır ki, müsabiqənin şərtlərinə əsasən Azər Dadaşovun prelüd və fuqası və sərbəst seçim kimi digər əsərlərindən hər hansı birinin ifası təklif olunmuşdur.

    Münsiflər heyətinin sədri Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyeva idi. Münsiflərin qərarına əsasən məktəb-studiyanın məzunları Nərgiz Kəngərli və Nuranə Zeynalova laureat adına layiq görülmüşdür.

    Növbəti yubiley tədbiri 14 yanvar tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmişdir. Konsertdə Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının üç parlaq məzunu – Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru Mustafa Mehmandarov, Beynəlxalq müsabiqələr laureatlları, pianoçular Nuranə Zeynalova və Nərgiz Kəngərli iştirak etmişdir. Qeyd edək ki, Nuranə Zeynalova və Nərgiz Kəngərli ifaçılıqla yanaşı məktəb-studiyada pedaqoji fəaliyyət ilə də məşğul olurlar.

    Konsertin proqramına bəstəkarın son dövrdə yazılmış yeni əsərləri daxil olunmuşdur: 44 günlük Qarabağ müharibəsində əldə etdiyimiz Qələbəyə həsr olunmuş «Zəfər çələngi», «Şuşa» simfoniyası, fortepiano və simfonik orkestri üçün Ümummilli lider Heydər Əliyevə İthaf «Poema» (solist – Nuranə Zeynalova), 2 saylı fortepiano və orkestr üçün Konsert (solist – Nərgiz Kəngərli).

    Həmçinin konsertdə Azərbaycanın Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor kapellasının ifasında qarışıq xor və Böyük simfonik orkestr üçün «Vətənim Azərbaycan» 4 hissəli kantatasının ilk ifası təqdim olundu (xormeyster – Azərbaycanın Əməkdar artisti Yulizana Kuxmazova, solist – Sübhan Rüstəmov).

    Tədbirdə ifa olunan əsəsrlərin əksəriyyəti Vətənə, Zəfərə, yurdumuzun qəhrəmalığına həsr olunmuşdur. Təntənəli, cəngi xarakterli musiqi, müharibədə itirdiklərimizi tərənnüm edən qüssəli, kədərli ab-hava, lirik mövzularla əvəz olunurdu. Göz önünüdə maraqlı obrazlar yaranırdı, milliliklə müasirliyin vəhdəti nəzərə çarpırdı. Bu da milli yaddaşımızın, milli sərvətimizin heç zaman unudulmayacağını təmsil edirdi.

    Caz üslubunda yazılan fortepiano üçün 2 saylı konsert də maraqlı tapıntılarla zəngin idi. Burada caz üçün səciyyəvi olan ritm-intonasiyalar, skertsovarilik duyulurdu. Üçhissəli konsert texniki cəhətdən mürəkkəb əsərdir, lakin ifaçı onun öhdəsindən məharətlə gəlmişdir.

    İlk dəfə bu konsertdə səslənən “Şuşa” simfoniyasında qarşımızda Qarabağımız haqqında çoxhissəli sənət əsəri vərəqləndiyini gördük. Təbiət səhnələri, Cıdır düzündəki atların qaçışı, çobanların tütəklərinin səsi məharətlə musiqi dili ilə çatdırılmışdı.

    Heydər Əliyevə lirik-patriotik ithaf da özünəməxsus musiqi dili ilə fərqlənirdi. Milli çalarlarla zəngin incə melodiya getdikcə dramatikləşir. Oxunaqlı mövzu rəqsvari elementlər üzərində qurulan mövzu ilə qarşılıqlı inkişaf edir və əsər tənətənəli surətdə tamamlanır.

    “Vətənim Azərbaycan” kantatası bayram ab-havalı yubiley konsertini təntənəli, yüksək əhval-ruhiyyədə bitirdi.

    Ümumiyyətlə, təqdim olunan bütün əsərlər həm janr, həm obraz baxımından rəngarəng idi, ifaçılar isə öz növbəsində professoinal şəkildə onları təqdim edə bilmişdir. Danılmazdır ki, konsertdə böyük məsuliyyət işinin öhdəsindən bacarıqla gələn dirijorun üzərinə düşürdü.

    Yenə də Azər müəllimin musiqisinin işığına yığışmışdıq. Güman edirəm ki, bu işığı duyan və sevən hər kəs keçirilən tədbirlərdən zövq almışdır.

     

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Aytən İbrahimova

    На концерте, посвящённом 75-летию Азера Дадашева, выступили три ярких выпускника школы-студии БМА

     

    Видному современному азербайджанскому композитору, народному артисту Азербайджана, профессору Азеру Дадашеву в декабре 2021 года исполнилось 75 лет. Этой знаменательной дате посвящена серия мероприятий. Сначала в Бакинской музыкальной академии имени Узеира Гаджибейли, затем в Союзе композиторов Азербайджана прошли интересные, полные красивой изящной музыки вечера̀. В их числе отметим также V Международный конкурс пианистов произведений Азера Дадашева, организованный в рамках 100-летия Бакинской музыкальной академии. Конкурс такого формата начал проводиться еще с 2010 года. Лауреатами в этом году стали выпускницы Средней специальной музыкальной школы-студии БМА, пианистки Наргиз Кенгерли и Нурана Зейналова.

    Достойный представитель национальной композиторской школы Азер Дадашев является учеником выдающегося азербайджанского композитора, прекрасного педагога Кара Караева, воспитавшего плеяду видных композиторов. Во всём многогранном творчестве А.Дадашева чувствуется весомая школа, от которой он воспринял технику композиторского письма. Его многожанровые и разнохарактерные произведения прямыми нитями идут к истокам – национальному началу, которое композитор своеобразно претворяет в своей музыке, в каждом своём произведении, будь то симфоническое полотно, хоровая музыка, музыкально-сценические сочинения, музыка к фильмам или небольшая пьеса для фортепиано.

    Все эти аспекты наблюдались и на очередном мероприятии этого юбилейного цикла именитого композитора, проведённом 14 января в Азербайджанской государственной филармонии имени М.Магомаева, организованный Министерством культуры Азербайджанской Республики.

    На концерте участвовали три ярких выпускника Средней специальной музыкальной школы-студии Бакинской музыкальной академии – дирижёр Азербайджанского государственного симфонического оркестра, лауреат международных конкурсов Мустафа Мехмандаров, лауреаты международных конкурсов, пианистки Нурана Зейналова и Наргиз Кенгерли. Отметим, что, будучи педагогами школы-студии, Н.Зейналова и Н.Кенгерли также параллельно ведут активную концертную деятельность, демонстрируя свои профессиональные пианистические данные. В последнее время их работа тесно связана с творчеством Азера Дадашева – они пропагандируют произведения композитора не только исполняя его сочинения, но и параллельно выступают на различных конференциях с аналитическими докладами. Так, Нурана Зейналова на Международной научной конференции, посвящённой 100-летию Бакинской музыкальной академии имени Узеира Гаджибейли, представила свою статью на основе исследовательской работы Фортепианного цикла «Лирические пьесы» Азера Дадашева. Она сделала подробный художественно-структурный и образно-эмоциональный анализ всех 12-ти пьес цикла. На концерте в филармонии Нурана исполнила Поэму для фортепиано и камерного оркестра, посвящённую памяти Общенационального лидера Гейдара Алиева.

    В программу этого концерта вошли произведения, написанные композитором за последние годы, некоторые звучали впервые. Среди них посвящения исторической Победе нашего народа в 44-дневной Карабахской войне “Zəfər çələngi” и симфония “Şuşa”, которая была впервые исполнена.

    В концерте принимала участие также Азербайджанская государственная хоровая капелла (художественный руководитель и главный дирижёр – Народная артистка Азербайджана Гюльбаджи Иманова, хормейстер – Заслуженная артистка Азербайджана Юлизана Кухмазова). Капеллой была исполнена кантата для смешанного хора и Большого симфонического оркестра “Vətənim Azərbaycan”. Солистом выступил лауреат республиканских и международных конкурсов Субхан Рустамов.

    В этот вечер мы опять окунулись в светлую, полную лиризма и глубоких чувств музыку Азера Дадашева. Поздравляем композитора с юбилеем, желаем ему крепкого здоровья и дальнейших творческих удач.

     

    Доктор философии по искусствоведению

    Aйтен ИБРАГИМОВА