• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 dekabr 2021-ci il

     29 dekabr 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Resbublikasının Prezidenti, cənab İlham Əliyevin 60 illiyinə həsr olunmuş  “Nəğmə doğu ürək” adlı qala-konsert keçirildi.

    Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə baş tutdu.

     Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə Fikrət Əmirovun “1001 gecə” baletindən "İntroduksiya" və "Bayram Rəqsi", Niyazinin "Vals", Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Kavalkada”, Oqtay Zülfüqarovun “Şənlən mənim xalqım” uverturası, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından “Çənlibel”xoru, Əməkdar artist Ramil Qasımovun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası,

    Xalq artisti Azər Zeynalovun ifasında Sevil Əliyevanın “Ana” mahnısı, Elza İbrahimovanın “Ey Vətən”, Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında Tofiq Quliyevin“Qaytağı” (iki fortepiano və simfonik orkestr üçün), SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Xalq artisti Murad Adıgözəlzadənin ifasında Sergey Raxmaninovun İki fortepiano və simfonik orkestr üçün 2 saylı Süita (işləməsi A. Varenberg) (III-IV hissə) əsərləri səsləndirildi.

     Təntənəli şəkildə keçirilən qala-konsert tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqışlarla başa çatdı.