• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 dekabr 2021-ci il

    24 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Metodika və xüsusi pedaqoji hazırlıq" kafedrasının "Musiqi müəllimliyi" şöbəsi tələbələrinin Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konserti keçirildi.

    Konsertdə Azərbaycan xalq mahnısı "Laçın", C.Cahangirovun "Cənnətim Qarabağ", F.Sücəddinovun "Vətən balladası", F.Bədəlbəylinin "Prelüdiya", T.Quliyevin "Lirik vals", "Arzular", F.Əmirovun "Barkarolla", A.Əmirlinin "Zəfərə doğru", C.Cahangirovun "Aylı gecə", N.Amaninin "Elegiya", F.Mendelsonun "Sözsüz mahnı", D.Dadaşovun "Etüd-skerso", A.Məlikovun "Komdenin arzuları", A.Qriboyedovun "Vals", V.Adıgözəlovun "Prelüd" əsərləri səsləndirildi.

    "Musiqi müəllimliyi" ixtisası tələbələri-Coşqun Qadaşov, Mina Məmmədova, Nərgiz İsmiyeva, Şəbnəm Məmmədli, Şükufə Əlizadə, Tərlan Məmmədli, Adil Əmirli, Ləman Rəhmətova, Murad Hacızadə, Təranə Ramazanzadə, Nəzrin Cəfərova, Aysel Mərdizadə, Firuzə Babayeva, Səmayə Qurbanzadə konsertdə parlaq ifaları ilə çıxış etdilər.

    Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.