22 dekabr 2021-ci il
22 dekabr, 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında "İxtisas Fortepiano" kafedrasının müəllimlərinin Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş konserti keçirildi.
Konsertdə BMA-nın müəllimləri dosent Günel Kazımova (F.List Transtendet Etüd №8, S.Raxmaninov "Prelüd" op.23 №2), dosent Nərgiz Kəngərli (K.Sen-Sans -F.List-V.Horovitz “Dance Macabre”), dosent Züleyxa Abdulla (F.Şopen Noktürn e moll), dosent Nərgiz Salmanlı (S.Raxmaninov "Elegiya", "Prelüd" gis moll), Əməkdar müəllim Kəmalə Mirbabayeva və dosent Nərgiz Salmanlı (F.Pulenk “Elegiya”, D.Şostakoviç Suita I hissə), baş müəllim Zərif Kərimova (F.Say “Kara toprak”, Zərif Kərimova “Qarabağ biz qayıtdıq”), baş müəllim Sevda Məmmədli (Sevda Məmmədli "Vals"), baş müəllim Sevda Məmmədli və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva (Sevda Məmmədli “Vətən uğrunda” uvertürası) öz parlaq ifaları ilə çıxış etdilər.
"İxtisas Fortepiano" kafedrasının müəllimlərinin ahəngdar çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, gurultulu alqış sədaları altında başa çatdı.