• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 dekabr 2021-ci il

    22 dekabr 2021-ci il tarixində Abşeron rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası ilə Abşeron rayonunun birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirildi. Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısı İ.Gülməmmədova və partiya fəalları iştirak etmişlər.

    Tədbirin əvvəlində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Sonra dövlətimizin başçısı İlham Əliyevin uğurlu demokratik siyasi fəaliyyətindən, son 18 ildə Azərbaycanın dinamik və davamlı inkişaf tarixindən, xalqın xoşbəxt və firavan həyatını təmin edən bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlardan, bunların ümumiləşdirilmiş ifadəsi olan 44 günlük İkinci Qarabağ müharibəsindəki tarix zəfərimizdən bəhs edən videoçarx göstərildi.

    Tədbir konsert proqramı ilə davam etdi: Niyazi "Arzu", F.Say "Paqanini mövzusunda variasiyalar", Ə.Mustafazadə "ALWAYS", F.Əmirov "Bulağ başında", M.Maqomayevin "Azərbaycan".

    Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Nailə Xasıyeva, Cəmalə Abdinzadə, Rəşad Ağayev, Hidayət Sadıxbəyli, Nihad Ağayev, Ülkər Məmmədova, Rauf  Məmmədzadə çıxış etdilər.

    Tədbir tamaşaçıların alqış sədaları altında sona çatdı.