20 dekabr 2021-ci il
20 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında "Fortepiano, orqan və klavesin" kafedrasının Bakı Musiqi Akademiyasının yaranmasının 100 illiyinə həsr olunmuş konsert keçirildi.
Konsertdə Q.Qarayevin "Ha xолмах Грузии" (İfa edir: I kurs tələbəsi Səməd Novruzov -solo oxuma, Müşayiət edir: I kurs tələbəsi Kənan Rəhmanzadə-solo oxuma), İ.Abdullayevin "Nostalgiya" (İfa edir: I kurs tələbəsi Kənan Rəhmanzadə-solo oxuma), L.Cəfərovanın “Lirik rəqs” (İfa edirlər: Aytən Qasımova və İradə Məlikova), M.Qlinkanın “Noktürn-“Razluka (İfa edir: Məlikova İradə), Q.Qarayevin "На холмах Грузии" (İfa edir: III kurs tələbəsi NailəXasayeva -solo oxuma, Müşayiət edir: II kurs tələbəsi Şərəf Məlikova-musiqişünas), Q.Qarayevin "Prelüdiya" №7 (İfa edir: II kurs tələbəsi Neycan Mustafayeva- musiqişünas), Y.Vesnyakın “Karlson” (İfa edirlər: Gülnur Kazımzadə və Mahnur Mahmudova), T.Quliyevin “Qızıl axtaranlar” operettasından rəqs (İfa edir: II kurs tələbəsi MahnurMahmudova-nəzəriyyəçi), İ.Dunaevskinin (İfa edirlər: II kurs tələbələri Vəfa Əhmədbəyova və Aytən Əhmədova), V.A.Mosartın "Rəqs" (İfa edirlər: II kurs tələbələri .. Əhmədov və Namiq Səlimov-nəfəs alətləri), V.Adıgözəlovun "Prelüd" (İfa edir: I kurs tələbəsi Sənəm Hacıəhmədova), V.Mustafazadənin "Mart" (İfa edir: I kurs tələbəsi Rüfət Məmmədov-nəfəs alətləri), F.Əmirovun "Adajio" (İfa edirlər: IV kurs tələbəsi Məhəmmədəli Paşazadə və I kurs tələbəsi RüfətMəmmədov-nəfəs alətləri), C.Perqolezinin "Konsionetta" (İfa edir: III kurs tələbəsi Nailə Xasayeva-solo oxuma, Müşayiət edir: I kurs tələbəsi İlkin Məmmədov-nəfəs alətləri),Y.Tyersonun "İnterlüdiya" (İfa edir: I kurs tələbəsi Faiq Əlizadə-nəfəs alətləri), T.Quliyevin “Lirik vals” (İfa edir: I kurs tələbəsi Rafat Məmmədov-nəfəs alətləri), Ü.Hacıbəylinin "Himn", İ.S.Baxın “Xoral” d-moll (İfa edir: Nigar Məmmədov orqan), F.Şubertin "Polonez" (İfa edirlər: III kurs tələbələri Ülkər Əsədova və Rəna Əhmədova-orqan), G.Hendelin "Prelüdiya və fuqa" (İfa edir: III kurs tələbəsi Ülkər Əsədova), F.Bədəlbəylinin (İfa edir: II kurs tələbəsi Gülşad Zeynalova-xor-dirijor), R.Qliyerin “Taras Bulba” operasından “Bravurnaya mazurka”( İfa edirlər: T.Cavadova və II kurs tələbəsi G.Zeynalova) əsərləri səsləndirildi.
"Fortepiano, orqan və klavesin" kafedrasının professor, müəllim heyəti, tələbələr və məzunların iştirak etdiyi konsert tamaşaçıların gurultulu alqış sədaları altında sona çatdı.