17 dekabr 2021-ci il
2021-ci il 17 dekabr tarixində Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş BMA-nın "İxtisas fortepiano" kafedrası tələbələrinin konserti keçirildi.
Konsert proqramında F.Əmirovun "12 miniatür" N.1,2,3, "Prelüd" N.2 fis moll, , Q.Qarayev "Sonatina" (lll hissə), "Çar kəndinin heykəli", "Fuqa", Z.Bağırov "Lirik vals", Ü.Hacıbəyli "Sənsiz", "Qubanın ağ alması" (Z.Bağırovun işləməsi), P.Axundova "Lirik fantaziya", F.Quliyeva "Küçələrə su səpmişəm", L.Cəfərova "Karvan" g moll, T.Quliyev "Qaytağı" əsərləri yer almışdır.
"İxtisas Fortepiano" kafedrasının l, ll, lll kurs tələbələri Əsmər Alxazova, Ayan Aslanova, Aygül Mahmudova, Gülnar Qədirova, Əli Talıbov, Elçin Məmmədov, Gültəkin Məmmədova, İluzər İbrahimzadə, Əzizə Abdullayeva, Zöhrə Ramazanlı, Elmira Müseyibzadə, Nurcan Rzayeva, Səriyyə Məmmədova, Ayla Həsənova, Səbinə Ocaqverdiyeva, Hidayət Sadıqbəyli, Məryəm Məmmədova və Ofeliya Dadaşova uğurla çıxış etdilər.
Tələbələrin ifasında müvəffəqiyyətlə təqdim olunan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert gurultulu alqışlarla qarşılandı.