12 dekabr 2021-ci il
12 dekabr 2021-ci ildə Biləsuvar rayonunda Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on səkkizinci ildönümü qeyd olundu.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun və rayon ictimaiyyətinin iştirak etdiyi tədbir əvvəlcə Ulu Öndərin abidəsinin ziyarəti ilə başladı. Heydər Əliyevə olan məhəbbətini ifadə edən biləsuvarlılar Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir Bakı Kamera Orkestrinin çıxışı ilə davam etdi.
Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundova, dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
Belə ki, konsertdə Q.Qarayevin "Matəm Odası", “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən iki parça, Ü.Hacıbəylinin "Sevgili canan" (solist: II Qarabağ müharibəsi döyüşçüsü, Gənclər mükafatçısı, Rusiyanın «Большой театр»nın Gənclər truppasının ilk Azərbaycanlı solisti, İtaliyanın “San Carlo” teatrının Gənclər truppasının solisti Atəş Qarayev), E.Sabitoğlunun "Şükriyyə" (solist: Atəş Qarayev), M.Mirzəyev. "Lirik rəqs", V.Adıgözəlovun "Qərənfil", (solist: Biləsuvar məktəbinin müəllimi), A.Məlikovun “İki qəlbin dastanı” baletindən Komdenin göz yaşları (solist: Beynəlxalq müsabiqələr laureatı, Gənclər mükafatçısı Nəzrin Aslanlı), T.Quliyevin "Sənə də qalmaz" (solist: Beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə), F.Əmirovun “Nizami” simfoniyası (ll və lV hissələr), M.Maqomayevin "Azərbaycan" (Solist: Rza Xosrovzadə) əsərləri səsləndirilmişdir.
Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.