10 dekabr 2021-ci il
10 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində konsert keçirilmişdir.
Öncə tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev , idarənin baş məsləhətçisi Abşeron rayonu üzrə nümayəndə İlham Manafov, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva çıxış etmişlər.
Nərminə Quliyeva öz çıxışında belə təqdirəlayiq tədbirin keçirilməsinə görə təşkilatçılara öz təşəkkürünü bildirdi və Bakı Musiqi Akademiyası ilə Xırdalan şəhər 11 illik musiqi məktəbi arasında yaranan sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğuladı.
Çıxışların ardınca Akademiyanın fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilib.
Daha sonra BMA-nın tələbələrinin və Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi konsert proqramı ilə çıxış etdilər.
Abşeron rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən Bakı Musiqi Akademiyasina "Fəxri Fərman" və xatirə hədiyyələri təqdim olundu.