1 dekabr 2021-ci il
1 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, BMA-nın professoru, "Humay" milli mükafatı laureatı, bəstəkar Azər Dadaşavun 75 illik yubileyi çərçivəsində konsert keçirildi.
BMA-nın "Musiqi tarixi" kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova giriş sözü ilə çıxış edib, Azər Dadaşovun zəngin yaradıcılıq irsinə nəzər saldı və onu yubiley münasibətilə təbrik edərək, yeni yaradıcılıq uğurları arzu etdi.
Sonra Azər Dadaşovun əsərlərindən ibarət konsert proqramına yer verildi.
Konsertdə Violin və fortepiano üçün “Adagietto və skertsino” (İfa edirlər: Zərrin Əliyeva (violin) və Arzu Səfərova (fortepiano), Çello və fortepiano üçün “Xocalı ağrısı” (İfa edir: Orxan Hüseynov (çello) fortepianoda müşayiət edir: Arzu Səfərova, “Şükürlər olsun sənə” -Ariya-dua -sözləri müəllifindir, “Kim Allahı sevər”- Qəsidə (sözləri Məhəmməd Füzulinindir) İfa edir: BMA-nın 4-cü kurs tələbəsi Ruslan Persan. Müşayiət edir: Larisa Zairbekova), Fortepiano üçün prelüd və fuqa (İfa edir: BMA-nın müəllimi, Beynəlxalq müsabiqələr laureatı Nergiz Kəngərli), “Gilavar”- “Yuxu” filmindən mahnı ( İfa edir: Ərəstun Quliyev, Müşayiət edir: bəstəkar Azər Dadaşov), Azər Dadaşovun Fortepiano üçün “Lirik pyeslər” silsiləsinin obrazlı-emosional məzmunu və ifaçılıq məsələləri (Çıxış edir: BMA-nın fortepiano kafedrasının və orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova), Fortepiano üçün “Lirik pyeslər” silsiləsindən “Həmd-səna”, “Nur içində”, “Əzizinəm”, “Kadensiya” (çıxış edir: BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Nuranə Zeynalova,
“Lirik pyeslər” silsiləsindən “Zəriflik”, “Gilavar”, “Sevgi ilə” (İfa edir: Beynəlxalq Müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK nəzdində Musiqi Kollecinin FBK sədri Ülviyyə Kazımova) əsəsrləri səsləndirildi.
Bəstəkar Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş konsert tamaşaçıların zövqünü oxşayaraq, gurultulu alqışlarla sona çatdı.