24 noyabr 2021-ci il
24 noyabr 2021-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsinin 5 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.
Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Naala Barateliyanın rəhbərliyi ilə Akademiyanın "Lumineux" vokal-xor ansamblı, həmçinin Respublika və Beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri, dirijor Orxan Həşimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti ilə BMA-nın tələbələri Cəmalə Abdinzadə (piano), Osman Mustafazadə (violin), Əli Muradov (vokal) və Məktəb-Studiyasının şagirdi Teymur Kazımov (vokal) çıxış etmişlər.