17 noyabr 2021-ci il
17 noyabr 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Nizami Gəncəvi ili çərçisində Bakı Kamera Orkestrinin konserti keçirildi.
Qeyd edək ki, Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
İlk öncə konsertdə ön sözlə Sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva çıxış etdi.
Ardınca Bakı Kamera Orkestrinin müşayiətilə ilə keçirilən konsertdə Ü.Hacıbəylinin "Arazbarı", "Sənsiz", "Sevgili canan", Q.Qarayeb "Yeddi gözəl" baletindən vals, F.Əmirovun "Nizami" simfoniyası səsləndirildi.
Solistlər Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Mahir Tağızadə (bariton), prezident təqaüdçüsü Atəş Qarayevin (tenor) ifasında səslənən əsərlər musiqili gecəni unudulmaz edərək, tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.