12 noyabr 2021-ci il
12 noyabr 2021-ci il tarixində lll Beynəlxalq Xalq Musiqi festivalının açılış konserti Türkiyənin İstanbul şəhərində keçirildi.
Bakı Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Kamera Orkestri da festivalda iştirak etmişdir. Festivalda çıxış edən orkestrin bədii rəhbəri SSRİ və Azərbaycan xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.
Bakı Kamera Orkestrinin çıxışı Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinə həsr edilmişdir.
Konsertdə tanınmış türk musiqiçi Şəfiqə Kutluer və Bakı Kamera Orkestrinin ifasında səslənən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikovun ölməz əsərləri, Azərbaycan və türk xalq mahnılarının mahir ifası dinləyicilərdə gözəl təəsürat yaradaraq, hər kəsin rəğbətini qazandı.
Qeyd edək ki, konsert Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, TİKA (Türk İşbirliği və Koordinasyon Agentliyi) və digər qurumların dəstəyi ilə keçirilmişdir.