• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 noyabr 2021-ci il

    Yeni Azərbaycan Partiyası Nəsimi Rayonu Təşkilatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İlk Ərazi Partiyasıyla birgə Zəfər gününə həsr olunmuş “Zəfər Bizimdir” adlı tədbir təşkil olunmuşdur.

    Tədbirdə Bakı Musiqi Akademiyasının  Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Nəsimi Rayon İcra Müavini Gülarə Verdiyeva və Nəsimi Rayonu YAP-ın Sədri Azər Süleymanov iştirak etmişdilər. Tədbirə 44 Günlük Qarabağ müharibəsinin şəhid ailələri, Vətən müharibəsinin iştirakçısı-səsi ilə qəlblərdə iz buraxan şəhid Xudayarın anası və Qazilər dəvət olunmuşdular. Tədbir Azərbaycan Dövlət Himni ilə başladı və sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Açılış etmək üçün Bakı Musiqi Akademiyasının prorektoru Nərminə xanıma söz verildi. O, ürək sözlərini bildirərək, şəhid ailələrinə baş sağlığı verdi və onların ruhu qarşısında baş əydiyini bildirdi. Sonra 44 günlük Vətən Müharibəsinə həsr olunmuş video çarx izlənildi. Bir Millət, İki Dövlət hər zaman bizə dayaq olan qardaş ölkə Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan səsləndirdiyi “Bil oğlum” şeri səsləndirildi. Sonra qazi Pərvin Əzimov və şəhid Xudayarın anası Rada xanım öz ürək sözlərini bölüşmək üçün səhnəyə dəvət edildi. Bədii hissə bitdikdən sonra konsert proqramına keçid olundu. Konsertdə “Qarabağ şikəstəsi”, “Xudayar Təsnifi”, “Ulu öndər nişanəsi”, “Qarabağnamə” və 44 günlük Vətən Müharibəsində iştirak edən BMA-nın tələbələri Atəş Qarayev və Adil Əmirlinin ifaları təqdim edildi.

     Sonda isə Urfan Cəfərzadənin ifasında M.Maqomayevin “Azərbaycan” musiqisi səsləndirildi.

    Tədbir bitdikdən sonra səhnəyə öz ürək sözlərini bildirmək üçün  Nəsimi Rayon İcra Müavini Gülarə Verdiyeva, Nəsimi Rayonu YAP-ın Sədri Azər Süleymanov və tədbirin təşkilatçısı Fidan Hüseynova dəvət edildi. Sonda Fidan Hüseynova tədbirdə dəstək olduqları üçün BMA-nın Rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə və professor Nərminə xanıma, BMA-nın Həmkarlar İttifaqının Sədri Aqil Qafulova, Nəsimi Rayonu YAP-ın Sədri Azər müəllimə dərin təşəkkürünü bildirdi. Şəhid ailələri və qazilərə dəvəti qəbul edib gəldikləri üçün minnətdarlıq bildirildi.