• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 noyabr 2021-ci il

    9 noyabr 2021-ci il tarixində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Baku Crystal Hall konsert zalında  "Zəfər Günü" və "Dövlət Bayrağı Günü"nə həsr olunmuş konsert keçirildi.

    Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının göstərdiyi əzm, iradə və birliyin qorunması məqsədilə gənclərin vətənpərvərlik mövzulu tədbirlər ətrafında toplanılması, vətənə, xalqımıza, dövlət atributlarına olan sevginin gücləndirilməsidir. 

    Tədbirə başlamazdan əvvəl ll Qarabağ müharibəsində canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Dövlət Himni səsləndirildi.

    Ardınca Təhsil Nazirliyi tərəfindən 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə hazırlanmış video çarxın təqdimatı keçirildi.

     Daha sonra tədbir bədii hissədə təşkil edilmiş konsert proqramı ilə davam etdirildi. Konsertdə Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasının tələbə və məzunlarından ibarət istedadlı musiqiçilər iştirak edirdilər.

     Əməkdar artistlər İsgəndər Ələsgərovun(zərb alətləri) və Ruslan Hüseynovun (bas gitara) müşayiətilə Bakı Musiqi Akademiyasının "Musiqi müəllimliyi" fakültəsinin lll kurs tələbəsi Coşqun Qadaşovun ifasında "Laçın" və "Qarabağ" kompozisiyaları  konsertin ən yadda qalan ifası olduğu xüsusi vurğulanmalıdır. Konsertdə vətənpərvərlik mövzularında bəstələnmiş müasir Azərbaycan və dünyaca  məşhur caz musiqi kompozisiyaları səsləndirildi.

    "Zəfər günü" və "Dövlət Bayraq günü"nə həsr olunmuş caz konserti dinləyicilərin rəğbətini qazanaraq, gurultulu alqışlarla sona çatdı.

    Qeyd edək ki, tədbirdə Bakı şəhərində yerləşən 36 ali təhsil müəssisəsindən dəvət olunan tələbələr və təhsil işçiləri iştirak edirdilər.