• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 noyabr 2021-ci il

     Bakı Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Kamera Orkestri Türkiyə Respublikasının paytaxtı Ankarada keçirilən  12-ci Şefika Kutluer Beynəlxalq Festivalında iştirak edib.

    Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycan xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur. Türkiyənin ən nüfuzlu musiqi festivallarından olan “Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti  Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinə həsr edilib. Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, TİKA (Türk İşbirliği və Koordinasyon Agentliyi) və digər qurumların dəstəyi ilə keçirilib. Konsert Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar və görkəmli musiqiçi Şəfiqə Kutluerin böyük Zəfər və möhtəşəm konsertlə bağlı çıxışları ilə başlayıb. “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı konsertdə Bakı Kamera Orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səslənib. Şəfiqə Kutluer və Bakı Kamera Orkestrinin ifasında səslənən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikovun ölməz əsərləri,  Azərbaycan və türk xalq mahnılarının mahir ifası dinləyicilərdə gözəl təəsürat yaradıb. Həmçinin konsertdə Xaricdə yaşayan həmyerlimiz Anar İbrahimovun bəstələdiyi “Mənim ürəyim Şuşa” adlı əsəri də səslənib. Əsər dinləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.