• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 noyabr 2021-ci il

    5 noyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin Zəfər gününə həsr olunmuş konserti keçirildi.

    İlk öncə konsertdə ll Qarabağ müharibəsinin şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra konsert açıq elan edildi.

    Dirijorlar bədii rəhbər və baş hərbi dirijor, Azərbaycan Respublikasının Xalq artisti, professor, general mayor, Yusif Axundzadə, polkovnik-leytenant Rüfət Axundzadə, baş leytenant Elnur Qurbanovun rəhbərlikləri ilə  Ü.Hacıbəylinin "Koroğlu" uverturası, Solist Əməkdar artist Aynur İsgəndərlinin, balabanda Namiq Qurbanovun ifasında  xalq mahnısı "Sarı gəlin", Aynur İsgəndərli və Kənan Qədimovun ifasında  Elza İbrahimovanın "Ey vətən",  P.Bülbüloğlunun "Döyüşçülərin rəqsi" Davulda Anar Hüseynovun ifası ilə Ü.Hacıbəylinin "Çırpınırdı Qara dəniz", Nağarada Anar Hüseynov, zurnada Namiq Qurbanovun ifasında Ü.Hacıbəylinin "Koroğlu" operasından "Cəngi", Aynur İsgəndərlinin və Kənan Qədimovun ifasında F.Bədəlbəylinin "Anamız Azərbaycan", R.Axundzadənin "Qələbə marşı", Kənan Qədimovun ifasında M.Maqomayevin "Azərbaycan" əsərləri ifa olundu.

    Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin müşayiətilə Zəfər gününə həsr olunmuş konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.