• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 noyabr 2021-ci il

    2020-ci il 8 noyabr tarixində Ali baş komandan cənab İlham Əliyevin müdrik siyasəti, cəsur döyüşçülərimizin igidliyi sayəsində 30 illik Qarabağ həsrətinə son qoyuldu. Bu əlamətdar hadisə Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu.

    Artıq bu şanlı qələbəmizdən  bir  il ötür və ölkəmizdə Zəfər günü ilə əlaqədar silsilə tədbirlər, konsertlər təşkil olunur.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, BMA-nın nəzdində fəaliyyət göstərən Opera Studiyası da bu tədbirlərə ev sahibliyi etməkdədir.

    3 noyabr 2021-ci il tarixində də Şövkət Məmmədova adına Opera Studiyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Zəfər bayramına həsr olunan təntənəli konsert keçirildi.

    Konsert proqramı başlamadan öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

    İlk öncə konsertin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov bütün qonaqları salamlayıb, konserti açıq elan etdi.

     Konsert Əməkdar artist Yulizanna Kuxmazovanın rəhbərliyi ilə Xor nömrəsi ilə başladı. Sonra F.Əmirovun "Azərbaycan kapriççiosu"nun sədaları altında   xoreoqraf Pellumb Agaliyayın rəhbərliyi ilə rəqs nömrəsi, "Meqapolis" səhnəciyi, xoreoqraf Pərvin Nəcəfovanın quruluş verdiyi "Hərbi vəziyyət", Əməkdar artist İlham Nəzərov, Mirələm Mirələmov, Fəridə Məmmədovanın ifasında F.Bədəlbəylinin "Ave Mariya", xoreoqraf Vüsalə Babayevanın "Hardasan", Kamilə Əliyevanın quruluş verdiyi "Xudayar təsnifi" rəqs səhnəsi, Emin İsmayılovun ifasında "Payız səndən bir ricam var", Viktoriya Şahmuradovanın xoreoqrafı olduğu "Sarı gəlin",

    "Mirzəyi" (xoreoqraf Yelena Çernousovanın), "Xarı Bülbül" (xoreoqraf Cəmilə Bayramova),  "İgidlər" (xoreoqraf Sənan Hüseynli), "Şuşanın dağları" (xoreoqraf Təranə Muradova), "Arazbari" (xoreoqraf Rimma İskəndərova) rəqsləri,  "Yallı" rəqsinin (xoreoqraf Eteri Cəfərova) müşayiətilə Nurlan Növrəslinin ifasında "Azərbaycanım", "Vals" (xoreoqraf Lyudmila Qutlyanskaya) "Qarabağ yallısı" (xoreoqraf Gülməmməd Şahverdiyev), "Cəngi" (xoreoqraf Yusif Qasımov) kimi biri-birindən rəngarəng rəqs nömrələri nümayiş olundu.

    Konsert "Azərbaycanım"- Beynəlxalq müsabiqələr laureatı Ürfan Cəfərovun möhtəşəm ifası ilə sona çatdı.

    Olduqca maraqlı formada qurulan  konsertin instalyasiyasını da xüsusi vurğulamaq gərəkdir.  Belə ki, rəqs səhnələri ilə bərabər 44 günlük Vətən müharibəsinin həyəcanlı anları, qorxu, kədər, dəhşət, vətən uğrunda canını fəda edən şəhidlərimizin görüntüləri, torpaqlarımızın işğaldan azad olunmasının sevinc, qürur hissi hər bir rəqs nömrəsinə uyğun olaraq, parel şəkildə  video-çarx vasitəsilə tamaşaçılara  təqdim edildi. Bu səbəbdən rəqs səhnələrinin çoxluq təşkil etdi konserti şərti olaraq, xoreoqrafiya-tamaşa adlandırsaq, yanılmarıq.   Həmçinin  ümummilli lider Heydər Əliyevin əzəli torpağımız olan Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğu, yenidən o torğaqlarımıza qayıdacağımız barədə səsləndirdiyi fikirlər, Vətən müharibəsini zamanı Prezident  cənab İlham Əliyevin Qarabağın incisi sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri, düşməni lərzəyə gətirən bəyanat və çıxışları da  video-çarxda yer almışdır. 

    Bədii rəhbəri Əməkdar artist Nailə Məmmədzadə olan konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.

    Onu da qeyd edək ki, tədbirdə qonaq qismində mötəbər qonaqlar-müxtəlik ölkə səfirlikləri, incəsənət xadimləri, icra hakimiyyəti nümayəndələri, ali təhsil ocaqlarının rektorları, hərbiçilər, müharibə iştirakçıları, şəhid və qazi ailələri, ictimai fəallar, media nümayəndələri də  iştirak edirdilər.