• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 oktyabr 2021-ci il

    26 oktyabr, 2021-ci il tarixində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.

    Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunmuş gecənin aparıcısı qismində Rusiyanın xalq artisti Emmanuel Vitorgan çıxış etmişdir.

    BMA-nın rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli təntənəli tədbiri açaraq bayram konsertinin təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycan Respublikasının RF-dəki səfirliyinə dərin minnətdarlığını bildirib.

    "Bu gün səhnəyə Bülbül, Adıgözəlzadə kimi soyadlı musiqiçilər çıxacaq. Bütün bu soyadlar Qarabağla, Şuşayla bağlıdır. Bu gün biz sizə Azərbaycan musiqi mədəniyyətini təqdim edəcəyik. Azərbaycan mədəniyyətinin minillərlə yaşı var, lakin 100 il ərzində professional klassik məktəb böyük yol keçmişdir", - deyə F. Bədəlbəyli bildirib.

     O xatırladıb ki, Üzeyir Hacıbəyli Sankt-Peterburq Konservatoriyasında təhsil alıb, eyni zamanda böyük rus bəstəkarı Dmitri Şostakoviç Qara Qarayevin müəllimi və ustadı olub. F. Bədəlbəyli Azərbaycan klassik musiqisinin inkişafında rus bəstəkarlarının və pedaqoqlarının mühüm rolunu vurğulayaraq qeyd edib ki, BMA-nın 100 illik yubileyinin Moskva Konservatoriyasında qeyd olunması hər iki ölkənin - həm Azərbaycanın, həm də Rusiyanın həyatında əlamətdar hadisədir.

    P.İ.Çaykosvki adına Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov BMA-nın şanlı yubileyi münasibətilə təbrik edərək deyib: "Mən həmkarlarımı, dostum Fərhad Bədəlbəylini təbrik etmək istəyirəm. 100 rəqəmi çox şeydən xəbər verir. Bu, artıq peşəkar bacarıq və inkişaf üçün fundamental əsaslardır". Rektor qeyd edib ki, Moskva Konservatoriyasının

    Böyük zalında BMA-nın yubileyinin qeyd olunması iki ölkənin musiqi dünyası arasında uzun illərə dayanan yaxşı ənənələrin davamıdır. "Bizim təmaslarımızı mütləq növbəti nəsillər də davam etdirməlidir", - deyə A. Sokolov əlavə edib.

    Konsertdə BMA-nın tanınmış məzunları iştirak ediblər. Səhnəyə BMA-nın rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycanın xalq artistləri Yalçın Adıgözəlov, Yeganə Axundova Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Murad Hüseynov, əməkdar artistlər Fuad İbrahimov, İlham Nəzərov, Elvin Qəniyev, Sahib Paşazadə, Azər Zadə, Fərqanə Qasımova, o cümlədən, beynəlxalq müsabiqələr laureatı Selcan Nəsibli, böyük Bülbülün nəvəsi Murtuz Bülbül və başqaları çıxmışlar.

    Konsert proqramında Mixail Pletnevin rəhbərliyi ilə Rusiya Milli Orkestrinin ifasında Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, eləcə də Qərbi Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib.

    Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Üvertura ilə açılan bayram konserti proqramı Alim Qasımov və Fərqanə Qasımovanın (dirijor Yalçın Adıgözəlov) ifasında “Qarabağ şikəstəsi” oratoriyasının final nömrəsinin təqdimi ilə başa çatıb.