1 oktyabr 2021-ci il
1 oktyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi, görkəmli bəstəkar Qara Qarayevin ev muzeyinin açılışının lll ildönümü və "Beynəlxalq musiqi günü" ilə əlaqədar olaraq, bəstəkarın ev muzeyində konsert keçirildi.
Tədbir Əməkdar müəllim, professor Gülnarə Acalovanın rəhbərliyi ilə təşkil olunmuş və onun tələbələrinin ifaları tamaşaçılara təqdim edilmişdir.
Konsertdə Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından “Əsgərin ariyası” (ifa edirlər: R.Əhmədzadə, müşayiət edir :C.Abdinzadə); “Violonçel və fortepiano üçün 3 pyes” (ifa edirlər: Orxan Cumayev (cello), Respublika və beynəlxalq müsabiqələr laureatı Emin İsmayılov, Prezident təqaüdçüsü, Respublika və beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova); Q.Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, "Aldonsa” , “Mərdanın ariyası”, Q.Qarayev - C.Hacıyevin "Vətən" operası (İfa edirlər: Respublika və beynəlxalq müsabiqələr laureatları Şükufə Rəsulova(violin) və Fatimə Əliyeva; “Gənclər” mükafatçısı, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadə(bariton); Q.Qarayevin “Üç noktürn” (İfa edirlər: Respublika və Beynəlxalq müsabiqələr laureatları Zəhra Cahan Şıxəliyeva, Fatimə Əliyeva); Ü.Hacıbəylinin “Sevgili canan” (İfa edirlər: “Gənclər” mükafatçısı, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Mahir Tağızadə (bariton), müşayiət edir: Respublika və beynəlxalq müsabiqələr laureatı Cəmalə Abdinzadə); Z.Bağırovun “Kiçik rapsodiya” (İfa edirlər: Respublika və Beynəlxalq müsabiqələr laureatları Məhəmmədəli Paşazadə(klarnet) və Əzizə Ağazadə) əsərləri səsləndirildi.
Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.