• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 iyul 2021-ci il

    8 iyul 2021-ci ildə “Yarat” Müasir İncəsənət Mərkəzində Ailə, Sevgi və Sədaqət Gününə həsr olunmuş konsert tədbiri keçirildi.

    Tədbir Azərbaycan Respublikasındakı Rusiya Federasiyasının Səfirliyi, Azərbaycan Respublikasındakı Rossotrudniçestvo-nun Nümayəndəliyi (Rusiya məlumat və mədəniyyət mərkəzi) və Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının dəstəyi ilə keçirilib. Tədbirin konsert hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Bahar Məmmədova, Məryəm Vəliyeva, Gülzar Hüseynova, Ruslan Persan, Emil İsmayılov və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Teymur Kazımov çıxışları ilə təqdim edilmişdir. Onların ifasında Azərbaycan, Rus, İtalyan və Amerika bəstəkarlarının mahnıları səslənmişdir. BMA-nın tələbələri üçün konsert proqramının təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi Alyona İnyakina idi.