• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 iyun 2021-ci il

    2021-ci il 22 iyun tarixində Estoniya Musiqi və Teatr Akademiyası ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə onlayn canlı bağlantı və konsert keçirildi.

    Konserti BMA-nın Beynəlxalq əlaqələr,  ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova bütün iştirakçıları salamlayaraq, açıq elan etdi. O, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin  2021-ci il 26 may tarixində  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar  sərəncam izmaladığını və bu münasibətlə artıq bir çox silsilə tədbirlərin keçirildiyini və davamlı olacağını bildirdi.

    Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İljaya söz verildi. Hər iki rektor  Estoniya və Azərbaycanın  dost ölkələr olaraq, daim bir-birinin  mədəniyyətlərinə hörmətlə yanaşdıqlarını vurğuladılar. Professor İvari İlja həmçinin Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və bir əsr boyunca Akademiyanın dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etməsini qeyd edərək, uğurlar arzu etdi.

    F.Bədəlbəyli də ilk öncə xoş sözlərə və təbriklərə görə Estoniya Musiqi və Teatr Akademiyasının  rektoru və bütün kollektivinə dərin təşəkkürlərini bildirdi. Fərhad müəllim professor İvari İljanın  istedadlı bir ifaçı olmasını təqdir edərək, həmkarını Azərbaycana dəvət etdi və tezliklə onu şəhərimizdə görməsindən şad olduğunu vurğuladı.

    Ardınca söz musiqiyə verildi. Konsertin l hissəsində Estoniya Musiqi və Teatr Akademiyasının tələbələri çıxış etdilər: Jan Fransua " Mövzu və variasiyalar"-ifa edir: Valeri Leviand (klarnet);Ralf Taal (piano), Şarl Quno "Romeo və Culyetta" operasından Culyettanın valsı - ifa edir: Damaris İlves (soprano); Tiiu Sisask (piano), Eduard Tubin "Xlll əsrdən  Trubadurun mahnısı" - ifa edir: Marten Meibaum (violonçel); Lea Leiten (piano), Ferens List "Mefisto vals" N.1, S51-ifa edir: Mantas Sernius (piano).

     Daha sonra konsertin ll hissəsində BMA-nın tələbələri öz ifalarını təqdim etdilər: F.Şopen Etüd N.11 a moll op.25 (ifa edir: magistr pilləsinin l kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Elxan Niftiyev), Niyazi "Rast" simfonik muğamından parçalar (ifa edir: ll kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Zərrin Əliyeva; müşayiət edir Arzu Səfərova), L.V.Bethoven qoboy, violonçel və fortepiano üçün trio op.11, l hissə (ifa edirlər: Sabah qrupunun lll kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova, ll kurs tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureratı Əziz Pənah, ll kurs tələbəsi Erol Rzayev), Mart Saar "Mis see oli" (ifa edir: Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Əməkdar artist, "Solo oxuma" kafedrasının müəllimi İlham Nəzərov; müşayiət edir Beynəlxalq müsabiqələr laureatı Mədinə Ağayeva), Ü.Hacıbəyli "Arazbarı" (ifa edir: BMA-nın simli kvarteti-Xəyalə Abdullayeva, Rauf Abıyev, Səbuhi Axundov, Orxan Hüseynov).

    Konsertin sonunda professor Y.Axundova maraqlı konsert üçün hər kəsə təşəkkürünü bildirdi və  belə  tədbirlərin davamlı olmasını arzuladı.