• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel 2021-ci il

    2021-ci il 30 aprel tarixində Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə online canlı bağlantı və konsert keçirildi.

    Konserti BMA-nın Beynəlxalq əlaqələr,  ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova bütün iştirakçıları salamlayaraq, açıq elan etdi. O,  həmçinin akademiyanın 100 illiyi münasibətilə bir çox silsilə tədbirlərin, konsertlərin keçiriləcəyini də qeyd etdi. Bu konsertin isə belə tədbirlərin ilki olduğunu vurğuladı.

    Sonra Sankt-Peterburq Dövlət Konservatoriyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Regina Vyaçeslavovna Qlazunova söz verildi. O da, hər kəsi salamlayaraq, bu tədbir münasibətilə qonaqları təbrik edərək, xoş arzularını bildirdi.

    Ardınca Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru, Rusiyanın Əməkdar artisti, professor  Aleksey Nikolayeviç Vasilyev və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə söz verildi. Hər iki rektor öz növbəsində Rusiya və Azərbaycanın qonşu ölkələr olaraq, daim həmrəy olduğunu və bir-birinin  mədəniyyətlərinə hörmətlə yanaşdıqlarını vurğuladılar. Professor Aleksey Nikolayeviç Vasilyev həmçinin Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və bir əsr boyunca akademiyanın dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etməsini qeyd edərək, uğurlar arzu etdi.

    F.Bədəlbəyli də ilk öncə xoş sözlərə və təbriklərə görə Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru və bütün kollektivinə dərin təşəkkürlərini bildirdi. O, görkəmli bəstəkar, musiqişünas alim, ictimai xadim Üzeyir Hacıbəylinin Sankt-Peterburq Konservatoriyasında təhsil aldığını, dahi bəstəkar Qara Qarayevin baletlərinin Sankt-Peterburq Teatrında səhnəyə qoyulmasını qeyd etdi.

    Ardınca söz musiqiyə verildi. Konsertin l hissəsində Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələri çıxış etdilər: P.İ.Çaykovskinin klarnet və fortepiano üçün "Rus rəqsi" (ifa edir: Lev Juravskiy-klarnet, müşayiət edir: Yelena Serova; dosent Q.L.Maliyovun sinfi), S.Prokofyevin "Sonata" N.6 l hissə (ifa edir: Daniil Svidler; professor A.M.Sandlerin sinfi), P.İ.Çaykovski "Vals-skerso" (ifa edir: skripka ifaçısı; professor M.X.Qantvarq, Yelizaveta Marçenko, A.A.Maslovanın sinfi), Tofiq Quliyev "Sənə də qalmaz" (ifa edir: Aslan Aslanov, fortepianoda müşayiət edir: Məhəmməd Aslanov), Fikrət Əmirov "Azərbaycan dağlarında" (ifa edir: Alim Sadıxov (qoboy), Məhəmməd Aslanov (fortepiano) əsərləri ifa olundu.

     Daha sonra konsertin ll hissəsində BMA-nın tələbələri öz ifalarını təqdim etdilər: Malkolm Henri Arnoldunun klarnet və fortepiano üçün "Sonata" op.29 (ifa edir: "İfaçılıq" fakültəsinin lll kurs tələbəsi, Beynəlxalq və respublika müsabiqələrinin laureatı Məhəmmədəli Paşazadə, müşayiət edir: Beynəlxalq və respublika müsabiqələri laureatı, prezident təqaüdçüsü Vüsalə Babayeva; Professor Nərminə Quliyeva və Anar Məmmədovun sinfi), F.Əmirovun "Monoloq-poema" (ifa edir: Beynəlxalq və respublika müsabiqələri laureatı, "İfaçılıq" fakültəsinin l kurs magistr tələbəsi, prezident təqaüdçüsü Orxan Hüseynov, müşayiət edir: dosent Nərgiz Salmanlı; professor Nəzmiyyə Abbaszadənin sinfi), Cüzeppe Verdinin "Don Karlos" "Neigiardin del bello" operasından Ebolinin ariyası (Canzone del velo) (ifa edir: "İfaçılıq" fakültəsinin IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Elmira Həsənova, müşayiət edir: beynəlxalq müsabiqələr diplomatı Məryəm Yusifova; professor Gülnaz İsmayılovanın sinfi), F.Şopenin "Etüd" op.25 N.10 h moll (ifa edir: Beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, "Fortepiano" fakültəsinin lll kurs tələbəsi Leyla Zeynalova; professor Kəmalə Neymanovanın sinfi), N.Rimski-Korsakov "Şəhrizad" simfonik suitasından "Şahzadə Qələndərin hekayəsi" (ifa edir: Beynəlxalq və respublika müsabiqələri laureatı, "İfaçılıq fakültəsinin ll kurs tələbəsi Əziz Pənah, müşayiət edir: Beynəlxalq və respublika müsabiqələri laureatı, "Fortepiano" fakültəsinin ll kurs tələbəsi Cəmalə Abdinzadə;  dosent  Fuad İmanovun sinfi), Üzeyir Hacıbəylinin "Arazbarı" (ifa edir: Bakı Musiqi Akademiyasının simli kvarteti: Nəzrin Aslanlı, Rauf Abıyev, Səbuhi Axundov, Orxan Hüseynov) əsərləri ifa olundu.

    Konsertin sonunda Y.Axundova və R.Qlazunova maraqlı konsert üçün təşəkkürlərini bildirdilər və  belə  tədbirlərin davamlı olmasını arzuladılar.