• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 mart 2021-ci il

    2021-ci il 12 mart tarixində Maya Quliyeva adına Türkmənistan Milli Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyilə Türkmənistan Respublikasının Müstəqilliyinin 30 illiyi və Türkmənistanın 2021-ci ili "Beynəlxalq sülh və etimad ili" elan etməsi münasibətilə Bakı Musiqi Akademiyası, Türkmənistan Milli Konservatoriyası ilə online canlı bağlantı və konsert keçirildi.

    Konserti Türkmənistan Milli Konservatoriyasının rektoru, Sənətşünaslıq namizədi Rasul Xanqeldiyeviç Amanqeldiyev, sonra SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açıq elan etdilər. Hər iki rektor öz növbəsində iki qardaş ölkənin, xalqın daim həmrəy olduğunu, bir-birini dəstəkləməsini, mədəniyyətimizin və incəsənətimizin yaxınlığını vurğuladılar. Həmçinin konserti təqdir edərək  belə konsertlərin tez-tez, mütəmadi təşkil edilməsini təklif etdilər. Sonra  konsertin təşkilatçılığı üçün Türkmənistanın Azərbaycandakı Səfirliyinə təşəkkürlərini bildirdilər.

    Ardınca söz musiqiyə verildi. Türkmənistan Milli Konservatoriyasının tələbələri Qara Qarayev "Yeddi gözəl" baletindən "Adajio", Nurı Xalmemmedov "Dütarın səsi", Çarı Nurımov "Ekspromt-fantaziya", Nurı Xalmemmedov Simli kvartetin ll hissəsi, Nurı Xalmmedov "Gözəl Şirqazi", Danqatar Ovezov, Adrian Şapoşnikov "Şaxsənəm və Qərib" operasından Şaxsənəmin ariyası əsərlərini ifa etdilər.

    Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri öz ifalarını təqdim etdilər.

    İfaçılar Nurı Xalmemmedov "Ballada"(İfa edir: ll kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Mədinə Ağayeva),  Fikrət Əmirov "Mənim Azərbaycanım" (ifa edir: lV kurs tələbəsi Nigar Əsgərova, müşayiət edir: l kurs magistr tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Rəhimə Qurbanova"), Tofiq Quliyev "Ləzginka" (ifa edir: ll kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatları Ofeliya Dadaşova və Məryəm Məmmədova), Tofiq Quliyev "Sənə də qalmaz" (ifa edir: lV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə, müşayiət edir: Nərmin Rzayeva), Üzeyir Hacıbəyli "Arazbarı" (ifa edir: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının simli alətlər kvarteti).

    Konsert iştirakçıların gurultulu alqışları ilə sona çatdı.