• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 fevral 2020-ci il

    2020-ci il 28 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli alman bəstəkarı Lüdviq van Bethovenin 250 illiyinə həsr olunmuş konsert keçirildi.

    Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Baku Chamber Orchestranın ifasında İ.S.Baxın “Chaconne” op.32 (orkestr üçün işləməsi Üzeyir Məmmədovundur), A.Marcellonun qoboy və orkestr üçün Konsert - S.Z.799, d moll (solist: Zakir Allahverdili), L.Bethovenin 14 saylı Simli kvarteti op.131, cis moll əsərləri səsləndirildi.
    Tədbir tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.