• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 fevral 2020-ci il

    2020-ci il 25 fevral tarixində Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının Böyük zalında Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirildi.


    Tədbirin açılışını BMA-nın”Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, professor Yeganə Axundova etdi.
    Sonra Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyevə, BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyevə, Xocalı soyqırımının canlı şahidləri olan Dürdanə Ağayevaya, Samirə Hüseynovaya söz verildi. Onlar soydaşlarımıza qarşı törədilən qəddarlıqlar, Xocalı soyqırımının dəhşətləri haqqında təəssüratlarını bölüşdülər.
    Daha sonra BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Əzimovun Xocalı soyqırımına həsr olunmuş H.Cavidin sözlərinə “Düşünün” müstəqil kompozisiyası video görüntülərlə təqdim edildi.
    Ardınca Qara Qarayevin “Laylay” (İfa edir: BMA-nın “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi, Beynəlxalq müsabiqələr laureatı Səbinə Bəylərbəyova), Röya Hüseynovanın “XX” (trio) (İfa edirlər: BMA-nın tələbələri, Beynəlxalq müsabiqələr laureatları – Səid Bağırzadə, Orxan Hüseynov, Mədinə Ağayeva), Arvo Pyartın “Trivium” (İfa edir: BMA-nın magistr tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Nigar Məmmədova), Vüqar Məmmədzadənin Simli kvartet (I hissə) ( İfa edirlər: BMA-nın tələbələri, beynəlxalq müsabiqələr laureatları Şəms Ağazadə, Orxan Hüseynov, Xədicə Mirqulamlı, Nigar Həsənli), Vasif Adıgözəlovun “Laylay” (Azərbaycan milli konservatoriyasının tələbəsi, gənclər mükafatçısı İbrahim Babayev və Səbinə Bəylərbəyova) əsərləri səsləndirildi.