• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 fevral 2020-ci il

    22 fevral 2020-ci il Bakı Musiqi Akademiyasının böyük zalında III Beynəlxalq “World Harmony”  festivalı çərçivəsində fortepiano musiqi axşamı baş tutub.

    Azərbaycan musiqisevərləri ilə görüşə gələn rusiyalı tanınmış pianoçu, müəllim Rüstəm Şayxutdinov professor, Başqırdıstan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, beynəlxalq müsabiqələr laureatı, Başqırdıstan Respublikasının Ş.Babiç adına Dövlət mükafatı laureatıdır. Hazırda A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun ixtisas fortepiano kafedrasının rəhbəridir. Ümumrusiya və beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü və sədridir.

    Həmçinin konsert çərçivəsində dinləyicilər Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin fortepiano şöbəsinin FBK sədri, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının müəllimi Ülviyyə Kazımovanın və beynəlxalq müsabiqələr laureatı, gənclər mükafatı laureatı, pianoçu Fəqan Həsənlininin ifalarını izləmə imkanı əldə etdilər.

    Proqramda istedadlı pianoçuların ifasında S.Raxmaninov - Romanslar (f.no üçün A.Zilotinin köçürməsi), N.Metner -4 nağıl, A.Şnitke- menuet, A.Skryabin - Etüd op.8 no.12, S.Raxmaninov - 2 f.no üçün 2 saylı süita op.17, Ü.Hacıbəyli - Cəngi, A.Məlikov - 2 f.no üçün skertso, İlahə İsrafilova - "Dədə Qorqud" baletindən fraqmentlər səsləndi.  Sonda çıxış edən Rüstəm Şayxutdinov konsertin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirdi, həmkarları Fəqan Həsənli, Ülviyyə Kazımova haqqında dəyərli fikirlərini iştirakçılarla bölüşdü. Konsert auditoriya tərəfindən böyük maraq və fasiləsiz alqışlarla müşayiət yadda qaldı.

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı,

    bəstəkar İlahə İsrafilova