17 fevral 2020-ci il
2020-ci il 17 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Əməkdar İncəsənət xadimi, BMA-nın dosenti Rüfət Axundzadənin tələbələri və digər ifaçıların iştirakı ilə Əməkdar müəllim, BMA-nın professoru Ağarəsul Rəsulovun əziz xatirəsinə ithaf olunan konsert keçirildi.
Tədbirdə çıxışlar arası musiqişünas Vəfa Həmidovaya söz verildi. V.Həmidova Ağarəsul Rəsulov haqqında xatirlərini tamaşaçılarla bölüşdü.
Konsertdə Beynəlxalq müsabiqələr laureatı İsa Məmmədzadə (Uolter Afanasiyev, Corc Qroban “Per te”-köçürülmə Rüfət Axundzadə); trubada Beynəlxalq müsabiqələr laureatı Turanə İsayeva, pianoda müşayiət edir Respublika və Beynəlxalq müsabiqələr laureatı Səma Xəlilzadə (Jorj Bize “Karmen” operasında “Habanera”); Respublika və Beynəlxalq müsabiqələr laureatı Mehman Səlimov (Ennio Morrikone “Professional” kinofilmindən musiqi); trubada Elçin Abbaszadə, flügelhornda İsa Məmmədzadə, orqanda müşayiət edir Səbinə Bəylərbəyova (G.F.Hendel “Eternal source of the light divine”-işlənməsi Rüfət Axundzadənindir); beynəlxalq müsabiqələr laureatı, BMA-nın baş müəllimi Səbinə Bəylərbəyova (Pol Mants “Aria”); trubada Mehman Səlimov, Süleyman Əkbərov, Vaqif Quliyev, Elçin Abbaszadə, flügelhornda İsa Məmmədzadə, bas trubada Kamal Tapdıqov ( Ennio Morrikone “Gabriel’s Oboe”, “Ones upon a time in west”); pianoda ifa edir Səma Xəlilzadə (Əzizə Mustafazadə “Always”); trubada Turanə İsayeva, Mehman Səlimov, Timur Xindristanskiy, Süleyman Əkbərov, Elçin Abbaszadə, flügelhornda İsa Məmmədzadə ifa etdilər.
Tamaşaçıların böyük rəğbətini qazanan konsert gurultulu alqışlarla sona çatdı.