18 fevral 2020-ci il
Üzeyir Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:
Orqanaloqiya və Akustika” elmi laboratoriyasının aparıcı elmi işçisi, Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, bəstəkar Rüfət Ramazanovun “Moizə” əsəri, 18 fevral 2020-ci il tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində , “Georgian Cellos” (“ Gürcüstan violonçelləri”) ansamblı tərəfindən ifa edilmişdir. Əsərdə, Azərbaycan Şərqin bir hissəsi kimi verilmiş fəlsəfi-estetik ideya, eyni zamanda da. müasir avanqard musiqinin tələblərinə cavab verir.
Qeyd edək ki, “sonorika” texnikası əsasında qələmə alınmış “Moizə” əsəri, məhz “Georgian Cellos” ansamblının təklifi ilə bəstələnmişdir. Əsər böyük müvəffəqiyyətlə Tbilisi şəhərində səsləndirilmişdir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
böyük elmi işçi M.Rzayeva