• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2019-cu il

    2019-cu il 19 dekabr tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisi zalında “Azərbaycan vokalçıları” festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Opera hazırlığı və Solo oxuma” kafedrası tələbələrinin konserti keçirildi.


    Konsertdə Urfan Cəfərov, müəllim Azərbaycanın Xalq artisti, professor Xuraman Qasımova (Ü.Hacıbəyli “Sevgili canan” romansı, G.Kaççini “Ave Maria”), Gülsüm Xəlilova, müəllim Azərbaycanın Xalq artisti, professor Fidan Qasımova (Azərbaycan xalq mahnısı “Səndən mənə yar olmaz”, R.Leonkavallo “Mattinata romansı), İslamə Abdullayeva, müəllim Xalq artisti, professor Fidan Qasımova (Azərbaycan xalq mahnısı “Qubanın ağ alması”, D.Volf “İris”), Fərid Tahir, müəllim dosent Sevda Məmmədova (V.A.Mosart “Fiqaronun toyu” operasından “Qrafın ariyası”, M.Maqomayev “Odlar yurdu”), Elmina Həsənova, müəllim Xalq artisti, professor Gülnaz İsmayılova (Niyazi “Arzu”, C.Verdi “Bal maskarad” operasından Şahzadə Ebolinin ariyası), Sübhan Rüstəmov, müəllim Əməkdar artist İlham Nəzərov (T.Quliyev “Sənə də qalmaz), Rza Xosrovzadə, müəllim Xalq artisti, professor Fidan Qasımova (E.Kurtis “Torno a serrento”, xalq mahnısı “Qalalıyam”), “Lumineux” xor ansamblı, bədii rəhbər “Xor dirijorluq” kafedrasının baş müəllimi Naala Barateliya (K.Sviri “Bolqar xalq mahnısı”), Natəvan Quliyeva (H.Uorren “At last”), Ole Qjeylo (V.A.Mosart “Exsultate jubilate”) ifa etdilər.
    Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.