25 dekabr 2019-cu il
2019-cu il 25 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrasının “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə və Yeni ilə həsr olunmuş konserti keçirildi.
Yüksək bayram əhval-ruhiyyəsinə malik konsertin proqramı da olduqca rəngarəng hazırlanmışdır. Belə ki, konsertdə A.Skryabin “Etüd” cis moll (ifa edir: Maksud Musazadə, müəllim Tsiala Sinamdzqvarişvili), Ə.Mustafazadə “The last day of Chopin” (ifa edir: Pərvin Əsgərova, müəllim Nərgiz Mansurova), E.Qriq “Qoldberq” suitasından “Prelüd” (ifa edir: Ülkər Məmmədzadə, müəllim Samirə Aşumova), F.Şubert “Fantaziya”dan fraqmentlər (Lalə Gözəlova və Əzizə Ələkbərli, müəllim Nəzakət Rimazi), K.Debüssi “Sevinc adası” (ifa edir: Gülnaz Eldarlı, müəllim Tsiala Sinamdzqvarişvili), S.Raxmaninov “Etüd” №2 (ifa edir: Aygül Rzazadə, müəllim Afaq Rüstəmova), S.Raxmaninov “Musiqili an” (ifa edir: Jalə Mayılova, müəllim Elnarə Kəbirlinskaya), S.Prokofyev “Sonata” №4 I hissə (ifa edir: Fatimə Əliyeva, müəllim Kəmalə Neymanova), S.Prokofyev “Sarkazm” (ifa edir: Nərgiz Əliyeva, müəllim Nəzakət Rimazi), R.Koen “Tanqo” (ifa edir: Amaliya Ağayeva və Nigar Hüseynzadə, müəllim Natiqə Yaqubova), F.Şopen “Polonez” cis moll (ifa edir: Cəmalə Abdinzadə, müəllim Nərgiz Salmanlı), F.Şopen “Etüd” №5 Ges dur (ifa edir: Firuzə Bəylərova, müəllim Elnarə Kəbirlinskaya), F.Şopen “Ballada” №4 (ifa edir: Leyla Zeynalova, müəllim Kəmalə Neymanova), N.Rimski-Korsakov “Arıların uçuşu” (ifa edir: Nigar Heydərli, müəllim: BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, F.Şopen “Etüd” №23 (ifa edir: Nərminə İsmayılova, müəllim Kəmalə Neymanova), S.Raxmaninov “Çovğun” (ifa edir: Vüsalə Babayeva, müəllim: professor Nərminə Quliyeva, M.Ravel “Undina” (ifa edir: Eldəniz Ələkbərzadə, müəllim Alla Əfəndiyeva).
Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.