• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 dekabr 2019-cu il

    2019-cu il 24 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikasının Əməkdar artisti, professor Rafiq Quliyevin 85 illik yubileyinə həsr olunmuş konsert keçirildi.


    Tədbirdə Esmira Göyçayeva (piano) və Anar Yusifov (violin) (F.Veracini “Largo”), Leyla Əliyeva (piano) və Aynur Xəlilova (piano) (S.Raxmaninov “Vokaliz” 2 fortepiano üçün işləmə), Leyla Əliyeva (piano) və Üzeyir Mahmudbəyli (alt) (R.Şuman “Fantastik pyeslər”), Sevinc Cəbrayılzadə (F.Şopen op.47 N.3), Sevinc Cəbrayılzadə (piano) və Şəfiqə Məmmədova (violin) (C.Cahangirov “Rondo”), BMA-nın baş müəllimi Zərif Kərimova (Z.Kərimova Fortepiano üçün sonata), Zərif Kərimova (piano) və Nərgiz Əliyeva (fleyta) (Z.Kərimova “Fleyta və Fortepiano üçün pyes), Əməkdar müəllim, professor Nəzakət Rimazi (piano) və Əməkdar artist, professor Elnarə Kəbirlinskaya (piano) (S.Raxmaninov 2 fortepiano üçün Suita N.2 “Roman” və Tarantella”) çıxış etdilər.
    Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.