18 dekabr 2019-cu il
2019-cu il 18 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın dosenti Yeganə Mustafayevanın tələbələrinin XX-XI əsr bəstəkarlarının əsərlərindən ibarət konserti keçirildi.
Konsertdə Aytən Nəsibova (fortepiano) və Rəsul Lətifzadə (violonçel) (Yanis Ksenakis “Paill in the wind”); Validə Səmədova (Artur Lurye “Forms in the eas”, Alfred Şnitke “Aforizmlər” silsiləsindən pyes N.4, Tofiq Rzayev “Prelüd”); Bəşirli Cəmilə (Con Keyc “Bakxanalia”); Nəzrin Babayeva (Morton Feldman “Təbiət lövhələri” N.2, Dyord Kurtaq “The pieces of piano” N.2, 3,5); Lamiyə Sərvanova (Henry Covell “Sinister resonance”); Sevda Bayramova (Keysuke Oto “Theme of gebel”); Nərmin Rəhimova (Yuci Takahaşi “Tapoti”); Leyla Cavadova (Luçano Berio “Brin”, “Pastoral”); Günel Tahirzadə (Cavanşir Quliyev “7 Pyes” silsiləsindən “Rast”); Maksud Musazadə (Henry Covell “The tides of Manaunaun”); Samirə Rəhimova (Henry Covell “Eolian harp”, Vsevolod Zaderatski “Prelüd”); Səbinə Eldarlı (Fazil Say “Kara toprak”) çıxış etdilər.
Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.