• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2019-cu il

    2019-cu il 16 dekabr tarixində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqi zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu tələbələrinin konserti keçirildi.

    Konsertdə İsa Məmmədzadə, müşayiət edir Nüşabə Hacıyeva (A.Piazzola “Ave Mariya”);  Günel Hacıyeva (“A.Bəbirov “Skertso”); Kristina Rəhmanova, müşayiət edir Nərminə İsmayılova (A.Alyabyev “Соловей”); Fidan Mirheydərzadə (V.Mustafazadə “Ömrün səhifələri”); Orxan Hüseynov, müşayiət edir Ülkər Məmmədzadə (A.Petrov “Melodiya”); Nərminə İsmayılova (A.Məlikov “Ötəri anlar”); Əməkdar artist Aynur İsgəndərli, müşayiət edir Günel Rizvanova (F.Əmiropv “Sevil” operasından Sevilin ariyası); Səid Bağırzadə, müşayiət edir Vurğun Vəkilov (M.Manqani “Albomdan səhifələr”); Nəriman Əmiraslanov və Fatimə Nəsirova (B.Bartok “Rumın rəqsləri”); Əməkdar artist Nərgiz Kərimova, müşayiət edir Nərminə İsmayılova (Kyara “Гордая прелесть осанки”) çıxış etdilər.

    Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.