• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 dekabr 2019-cu il

    2019-cu il 17 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrasının tələbələrinin “Fortepiano ansamblı” fənni üzrə konserti keçirildi.


    Konsertdə I kurs tələbələri Cəmalə Abdinzadə, Nərgiz Əliyeva (F.Əmirov və E.Nəzirova “Alban mövzularına süita” III və IV hissələr); II kurs tələbələri Nərgiz Niftəliyeva, Günel Tahirzadə (A.Dvorjak “Slavyan rəqsi”); I kurs tələbələri Səkinə Quliyeva, Zöhrə Ramazanlı (S.Ələsgərov “Üç rəqs”); Rəbiyyə Gözəlova, müşayiət edir müəllim Nuranə Zeynalova (M.Marozov “Tanqo”); II kurs tələbələri Maqsud Musazadə, Səbinə Eldarlı (İ.Brams “Simfoniya” N.3 III hissə); Sevda Bayramova, Leyla Cavadova (S.Raxmaninov “Skertso”); II kurs tələbələri Könül Usubova, Elvin Vahidov (L.Bethoven “Sonata” N.1 I hissə); II kurs tələbələri Samirə Rəhimova, Nərmin Rəhimova (A.Məlikov “İki qəlbin dastanı” baletindən “Əbədi məhəbbət”); II kurs tələbələri Lamiyə Sərxanova, Pərvin Əsgərova (Z.Bağırov “Rapsodiya”); I kurs tələbələri Məryəm Məmmədova, Ofeliya Dadaşova (R.Ramazanov “Dance”); I kurs tələbələri Unal Ağayev, Əzizə Ağazadə (A.Piazzola “Libertanqo”); I kurs tələbələri Məryəm Məmmədova, Cəmalə Abdinzadə (“Azərbaycan xalq mahnısı “Evləri var xana-xana”); II kurs tələbələri Cəmilə Bəşirli, Nərgiz Mustafazadə (K.Qardel “Tanqo”); I kurs tələbələri Ülkər Məmmədova, Fidan Yunus (T.Quliyev “Fantaziya”); II kurs tələbələri Jalə Mailova, Lamiyə Sərxanova (P.İ.Çaykovski-Senya Son “Шелкунчик джазует”); II kurs tələbələri Nəzrin Babayeva, Nilufər İbrahimli (“İ.Brams “Macar rapsodiyası”) çıxış etdilər.
    Tələbələrin uğurlu çıxışları ilə baş tutan konsert gurultulu alqışlarla sona çatdı.