• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 dekabr 2019-cu il

    2019-cu il 16 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Konsertmeyster ustalığı” kafedrasının müəllimləri-professor Elmira Musayeva, dosent Gülnarə Əhmədzadə və baş müəllimlər Safura Sultanova, Leyla Zeynalovanın tələbələrinin iştirakı ilə konsert keçirildi.


    Konsertdə bir-birindən maraqlı nömrələrlə II kurs tələbəsi Jalə Mayılova, solist Əməkdar artist Rəna Əliyeva (S.Raxmaninov “Давно ль мой друг”), magistr II kurs tələbəsi Leyla Məmmədova, solist Əməkdar artist Rəna Əliyeva (V.Adıgözəlov “Qərənfil”), I kurs tələbəsi Səkinə Quliyeva, solist Əməkdar artist Rəna Əliyeva (F.Əmirov “Gülərəm gülsən”), magistr II kurs tələbəsi Nərminə Cəbiyeva, solist Əməkdar artist Rəna Əliyeva (F.Əmirov “Məs səni araram”, P.İ.Çaykovski “Я ли в поле да не травушка была”), I kurs tələbəsi Ülkər Məmmədova, solist Əməkdar artist Aynuir İsgəndərli (T.Quliyev iki pyes), Ağazadə Amaliya, solist-fleyta İlahə Məmmədova (J.Massne “Размышление”), II kurs tələbəsi Natella Şükürova, solist Əməkdar artist Aynur İsgəndərli (T.Quliyev “Qızıl əlləri”), Jalə İslamova, solist-skripka Zerri Əliyeva (Ə.Ağayev “Adajio”), III kurs tələbəsi Mədinə Süleymanzadə, solist Əməkdar artist Aynur İsgəndərli (F.Bədəlbəyli “Ave Mariya”), Səriyə Məmmədova, solist Əli Muradov (P.Neopol “Mama”), II kurs tələbəsi Cəmilə Bəşirli, solist-skripka Ayişə Cəmil (Kreysler “Муки любви”), IV kurs tələbəsi Mürsəl Əsgərzadə, solist-klarnet Məhəmmədəli Paşazadə (İ.Quliyev “Prelüdiya”), Rəbiyyə Gözəlova, solist Yuliya Heydərova (Niyazi “Arzu”, R.Korsakov “Пленившись розой соловей”), Rəhimə Əhmədova, solist Əməkdar artist Aynur İsgəndərli (F.Əmirov “Azərbaycan elləri”), Aysel Əmiralıyeva, solist-skripka Aysel Abdullayeva (P.İ.Çaykovski “Melodiya”), III kurs tələbəsi Aygül Əliyeva, solist Yuliya Heydərova (S.Raxmaninov “Апрель”, “Я жду тебя”), Əzizə Abdullayeva, solist-klarnet Məhəmmədəli Paşazadə (“Çahargah”), IV kurs tələbəsi Rəhimə Qurbanova, solist Yuliya Heydərova (Agustin Lara “Granada”) çıxış etdilər.
    Tədbir tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.