• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 dekabr 2019-cu il

    2019-cu il 11 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və dosent Yeganə Tapdıqovanın “Sabah” qrupu tələbələrinin “Müasir musiqi gecəsi” adlı konserti keçirildi.


    Konsertdə Nərminə İsmayılova (Arif Məlikov “Ötəri anlar”), Ülkər Musayeva (Henry Cowel “The Tides of Monaunown”), Aysel Abdullayeva, Bahadur Rzayeva (Aslin Gibson “Short violin duet”), İsa Məmmədzadə (“G.Scelsi Truba üçün 2 pyes), Leyla Zeynalova (M.Druste “Folk impression”), Səid Bağırzadə (Luciano Berio “Lied”), Əzizə Ələkbərli (Aydın Əzimov “İlmə”; Elnarə Dadaşova “Prelüd” N.4), Lalə Gözəlova (Ligeti “Musica Ricercata N.1), Ülkər Məmmədzadə (Henry Cowel “The voice of lir”), Nüşabə Hacıyeva (Vasif Allahverdiyev “Silsilə” dən “Şəxsiyyət”, “Yanar ürək”, “Düşüncə”, “Ziddiyyət”; Fazil Say “Kara toprak”) çıxış etdilər.
    “Müasir musiqi gecəsi” adlı konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.