• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 dekabr 2019-cu il

    2019-cu il 11 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Sabah” qrupu tələbələrinin konserti keçirildi.


    Konsertdə fortepianoda professor G.Acalovanın tələbəsi Nəzrin Nəzirli, solist Əminat Əhmədova (Marco Antonio Cesti “Aria”); professor G.Məmmədyarovanın tələbəsi Fidan Tağıyeva, solist Əməkdar artist Rəna Əliyeva (A.Məlikov “Lay-lay”); dosent K.Hüseynovanın tələbəsi Əzizə Ələkbərli, solist Əməkdar artist Anton Ferştandt (Quno “Faust” operasından Mefistofelin kupletləri); professor G.Acalovanın tələbəsi Nərminə İsmayılova, solist Əməkdar artist Nərgiz Kərimova (Qriq “Son”); professor G.Məmmədyarovanın tələbəsi Ülkər Musayeva, solist Əməkdar artist Rəna Əliyeva (T.Quliyev “Sevgilim”); professor G.Acalovanın tələbəsi Nüşabə Hacıyeva, solist İsa Məmmədzadə (A.Piazzola “Ave Mariya”); dosent G.Əhmədzadənin tələbəsi Ülkər Məmmədzadə, solist Əməkdar artist Aynur İskəndərli (S.Raxmaninov “Здесь хорошо”); professor G.Acalovanın tələbəsi Nərminə İsmayılova, solist Əməkdar artist Nərgiz Kərimova (Kyara “Гордая прелесть осанки”); professor G.Məmmədyarovanın tələbəsi Lalə Gözəlova, solist Əməkdar artist Anton Ferştandt (S.Raxmaninov “Ты помнишь ли вечер”); dosent G.Əhmədzadənin tələbəsi Nəriman Əmiraslanov, solist Əli Əmişov (Q.Qarayev “Adajio”); professor G.Acalovanın tələbəsi Gülnaz Eldarlı, solist Əməkdar artist Anton Ferştandt (P.Çaykovski “Благословлю вас, леса”); dosent G.Əhmədzadənin tələbəsi Nəriman Əmiraslanov, solist Fatimə Nəsirova (B.Bartok “Rumın rəqsləri”); professor G.Məmmədyarovanın tələbəsi Günel Hacıyeva, solist Əməkdar artist Anton Ferştandt (S.Raxmaminov “Не пой красавица при мне”); dosent G.Əhmədzadəninn tələbəsi Günel Rizvanova, solist Əməkdar artist Aynur İskəndərli (F.Əmirov “Sevil” operasından Sevilin ariyası); professor G.Acalovanın tələbəsi Leyla Zeynalova, solist Kamran Talıblı (Bazzini “Хоровод гномов); dosent G.Əhmədzadənin tələbəsi Aygül Rzazadə, solist M.Paşazadə (“Çahargah”) ifa etdilər.
    “Sabah” qrupu tələbələrinin konserti tamaşaçıların marağına səbəb olaraq, gurultulu alqışlarla sona çatdı.