6 dekabr 2019-cu il
2019-cu il 6 dekabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Barselona Musiqi Akademiyasının professoru, pianoçu Senya Son BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ilə görüşərək, BMA-da təhsil və incəsənətlə bağlı söhbətlər aparmışlar.
Sonra Senya Son akademiyanın professor, müəllim və tələbələrinin iştirakı ilə ustad dərsi vermişdir. Ustad dərsdə o, müxtəlif əsərlərdən nümunələr ifa edərək, ifaçılıq xüsusiyyətləri və bir sıra bəstəkarlar haqqında maraqlı məlumatlarla çıxış etmişdir. BMA-nın tələbələri - Lamiyə Sərxanova və Jalə Mayılova (П.Чайковский-Сеня Сон “Щелкунчик джазует”); Fidan Mirheydərzadə Cеня Сон “Концерт” I, II, III ч); Ruslan Rzayev və Emil Əhmədzadə (F.Şopen “Prelüdiya №4); Ceyran İsayeva və Nəzrin Abbaslı (Сеня Сон “Гершвин-Портрет”); Pünhan Qocayev (E.Satie “Gyimnopidie” №1) ustad dərsində yüksək peşəkarlıqla ifa etdilər.
Ardınca pianoçu S.Son konsert proqramı ilə müxtəlif bəstəkarların əsərlərinə istinad edərək, öz improvizasiyalarını ifa etdi.
Konsert tamaşaçıların böyük marağına səbəb oldu və gurultulu alqışlarla sona çatdı.