• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 noyabr 2019-cu il

    2019-cu il 29 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Simli alətlər” kafedrasının “Kvartet musiqisi” adlı konserti keçirildi.

    Konsertdə İ.Haydn - Kvartet №1, op.76 (ifa edirlər: Fatimə Nəsirli, Şükufə Rəsulova, Əli Əmişov; baş müəllim: Gülnarə Nurullayeva); F.Mendelson- Kvartet №2, op.13 (ifa edirlər: Qəmərxanım Məmmədova, Gülər Musayeva, Günel İsmayılova, Əsmər Kərimli; müəllim: professor Şəhla İbrahimova); S.Prokofyev – Kvartet №2, op.92 (ifa edirlər: Nərgiz Hüseynzadə, Turanə Novruzova, Marqarita Kudryavtseva, Əli Xəlilov; baş müəllim: Gülnarə Nurullayeva); D.Şostakoviç – Kvartet №8, op.110 (ifa edirlər: Aysel Abbullayeva, Günel Ələkbərli, Nigar Həsənli, Əsmər Kərimli; müəllim: profesor Nəzmiyyə Abbaszadə); V.A.Mosart – Trio Divertisment (ifa edirlər: fatimə Nəsirli, Əli Əmişov, Orxan Hüseynov; müəllim: professor Nəzmiyyə Abbaszadə); F.Mendelson – Kvartet №6, op.80 (ifa edirlər: Həman Əsədova, Xədicə Mirqulamlı, Marqarita Kudryavtseva, Heydər Həyatov; baş müəllim: Gülnarə Nurullayeva) əsərləri səsləndirildi.
    Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.