• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 noyabr 2019-cu il

    2019-cu il 27 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Detaşe” violinoçular ansamblının konserti keçirildi. Qeyd edək ki, ansamblın rəhbəri Xalq artisti, professor Zəhra Quliyevadır.

    Konsertdə ifa olunun musiqi nömrələri rəngrangliyi ilə zövq oxşayırdı. Belə ki, proqramda İohan Sebastian Bax-“Ariya”, İoahim Yohov-Antonio’s dream, Qabriel Fore-“Oyanış”, Səid Rüstəmov-“Qurban adına”, “İntizar”, Georgiy Sviridov-“Romas”, Yevgeniy Doqa-“Vals”, İohannes Brams-“Macar rəqsi”, Karlos Qardel-Tanqo əsərləri səsləndirildi.
    Konsert tamaşaçıların böyük marağına səbəb oldu və gur alqışlarla sona çatdı.