23 noyabr 2019-cu il
2019-cu il 23 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı musiqi Akademiyasının Böyük zalında dahi bəstəkar Üzeyir Hacıbəylinin anım gününə təsadüf edən, “I Beynəlxalq Orqan festivalı” çərçivəsində Beynəlxalq müsabiqələr laureatı Səbinə Bəylərbəyovanın konserti keçirildi.
Qeyd edək ki, konsertdə Səbinə Bəylərbəyova ilə yanaşı digər musiqiçilər də çıxış etmişdirlər. Belə ki, konsertdə Ü.Hacıbəylinin ev muzeyinin nəzdində “Nur” uşaq xoru (bədii rəhbər və dirijor Mələk Vəlizadə) Ü.Hacıbəylinin Azərbaycan Dövlət Himni (orqan üçün işləyəni T.Yaqubova); bəstəkar Enyanın “İrlan balladası” (müşayiət edir: Yeganə Tapdıqova (arfa), Əminə Zülfüqarova (fleyta); orqanın müşayiətilə N.Əliverdibəyovun “Bayatı-Şiraz”; İ.S.Baxın Tokkata (d moll); A.Piazolla “Ave Maria” (ifa etdi: İsa Məmmədzadə (truba); T.Albinoninin “Adagio” (g moll) (ifa etdi: Azadə Həbibova (skripka), Aydan Rüstəmzadə (violonçel); R.Ramazanovun “And” (ifa edir: Fərhad Allahverdiyev (xanəndə); İ.S.Baxın “Badineire” (ifa edir: Əminə Zülfüqarova (fleyta); İ.S.Baxın “Xoral” f moll və Şəms Təbrizinin (1185-1248) şeiri “Sus könlüm, sus...” (ifa etdi: Azərbaycanın xalq artisti Məmməd Səfa) əsərləri səsləndirildi.
Konsert tamaşaçıların gur alqışları ilə yekunlaşdırıldı.