• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 oktyabr 2019-cu il

    2019-cu il 28 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Barokkodan müasir dövrə qədər” I Beynəlxalq Orqan musiqi festivalının açılışı oldu.


    Festivalın açılış nitqində BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli bütün qonaqları, həmçinin Almaniyadan gələn Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke, Cənubi Qafqaz və Gürcüstanın Xilaskar Evangelik Lüteran icmasının episkopu Markus Şox, Bakıdakı Xilaskar Evangelik Lüteran icmasının keşişi Qotthard Lemkeni də salamladı. O, orqan sənətinin uzun illər ərzində Azərbaycanda necə inkişaf etməsindən, azərbaycanlı bəstəkarların orqan aləti üçün yazdıqları əsərlərdən söz açdı.
    Daha sonra festivalın açılış proqramında BMA-nın professoru, orqan ifaçısı Rasimə Babayeva çıxış etdi. O, görkəmli bəstəkarlar - İ.S.Bax (iki xoral prelüd, Fantaziya G dur), La Kur (İntermezzo), Yonq ( Klassik stildə prelüd), Stammın (iki pyes) əsərlərini böyük məharətlə ifa edərək, tamaşaçıların zövqünü oxşadı.