• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8-13 oktyabr 2019-cu il

    2018-ci ildən başlayaraq keçirilən “Azərbaycan xalq mahnıları festivalı” bu il də 8-13 oktyabr tarixlərində müxtəlif mədəniyyət ocaqlarında keçirilən konsert proqramları ilə dinləyicilərin zövqunu oxşadı.

    Həmin konsert proqramlarından biri 2019-cu il 12 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında baş tutdu.
    BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva konsertin açılışını edərək, tamaşaçıları “Azərbaycan xalq mahnıları” festivalı çərçivəsində BMA-nın istedadlı tələbələrinin ifasında bir neçə xalq mahnılarının işləmələrini dinləməyə dəvət etdi.
    Konsertdə I kurs magistr tələbəsi orqan ifaçısı Abdullayeva Şəfəq (“Bayatı-Şiraz”), II kurs tələbəsi, fleyta ifaçısı Talıblı Kamran (F.Əmirov – “Bulaq başında”), Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, II kurs tələbəsi, fortepiano ifaçısı Behbudov Rəşid (Azərbaycan xalq mahnısı “Laçın” (işləmə: İbrahim İsmayılov), IV kurs vokal ifaçısı Abdullayeva İslamə (Azərbaycan xalq mahnısı “Səndən mənə yar olmaz”), Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, II kurs fortepiano ifaçısı Mayılova Jalə (Azərbaycan xalq mahnısı “Qubanın ağ alması” (işləmə: Cahangir Zülfüqarov), I kurs magistr tələbəsi vokal ifaçısı Cəfərov Urfan (Azərbaycan xalq mahnısı “Girdim yarın bağçasına”), I kurs skripka ifaçısı Əliyeva Zərrin (Niyazi “Rast”), I kurs, fortepiano ifaçıları-Respublika müsabiqə laureatı Məmmədova Məryəm, Respublika və Beynəlxalq müsabiqələr laureatı Abdinzadə Cəmalə (Azərbaycan xalq mahnısı “Evləri var xana-xana” (işləmə: Könül Axundova), II kurs tələbəsi Rüstəmov Sübhan (Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm”), I kurs tələbəsi Qocayev Pünhan (Allam, allam” (işləmə: Qocayev Pünhan), klarnet ifaçısı, II kurs tələbəsi Paşazadə Məhəmmədəli (Həsən Rzayev “Çahargah”), Xor-bədii rəhbər Naala Baratelia - “Bağa girdim üzümə” (işləmə: Vaqif Məstanov), “Basma-basma tağları” (işləmə: İbrahim İsmayılov) çıxış edərək, bir-birindən gözəl ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.
    Beləliklə, konsert tamaşaçıların gur alqışları ilə başa çatdı.